İqtisadi gündəm
Azərbaycanlı yazıçı erməniləri ifşa etdi (FOTO)
Rusiyanın ən böyük müasir ədəbiyyat serverlərdən biri
olan, dörd milyondan artıq ədəbi nümunə bazasına malik Proza.ru
portalında bu günlərdə yazıçı Varis Yolçuyevin iki romanının
(“Əzilmiş fotoşəkillər”, “Metamorfoza”) ardınca müəllifin üçüncü
romanı olan “Son məktub”dan parçalar yerləşdirilib.
İnsan və cəmiyyətin ziddiyyətlərindən bəhs edən hər üç romanın bəzi
epizodlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə düşmən ölkənin apardığı uydurma və yalan təbliğat ifşa
olunur. Ermənilər 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini
özlərinə qarşı soyqırımı kimi qələmə verməklə beynəlxalq
ictimaiyyətin gözünə kül üfürməyə cəhd etsələr də, “Əzilmiş
fotoşəkillər” romanında əsl həqiqəti üzə çıxaran məqamlar yer
alır.
Əsərdə Ermənistan tərəfinin guya münaqişəyə səbəb kimi Dağlıq
Qarabağın erməni əhalisinə qarşı yerli hakimiyyətin ayrı-seçkilik
siyasəti yeritdiyini arqument kimi göstərməsinin də ağ yalan olduğu
faktlarla sübuta yetirilir.
“Metamorfoza” romanında münaqişənin həllinə cavabdehlik daşıyan
ATƏT-in fəaliyyətsizliyi qəhrəmanlarının dili ilə pislənilməklə
yanaşı, azərbaycanlı qəhrəman Mübariz İbrahimovun timsalında
döyüşçülərimizin mərdliyi və ermənilərin qorxaqlığı da əksini
tapır.
“Son məktub” romanında isə bəşəriyyətin ən qanlı qırğınları
sırasında yer almış Xocalı faciəsindən bəhs edən tükürpərdici
səhnələr var. Romanlardan parçalarla tanış olan əcnəbi oxucular öz
rəylərində bədii məziyyətlərə toxunmaqla yanaşı, qeyd edilən
faktlar barədə indiyədək tam məlumatlı olmadıqlarını vurğulayırlar.
Milliyyətcə erməni olan şəxslərin romanlarla bağlı müəllifə irad və
hücumları da anlaşılandır.
“Əzilmiş fotoşəkillər”, “Metamorfoza” və “Son məktub” əsərləri ilə
Proza.ru-da bu linklərdən tanış olmaq mümkündür:
http://www.proza.ru/2014/07/06/1579,
http://www.proza.ru/2014/07/04/620,
http://www.proza.ru/2014/08/14/587.
Varis
AzərTAc
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO