Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
Bizi izləyin

İdman

Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu York Red Bullz”la oyundan (6:2) sonra MLS-də iki rekorda imza atıb.

Publika.az xəbər verir ki, bu görüşdə argentinalı hücumçu bir qol vurub və beş məhsuldar ötürmə edib.

Beləliklə, Messi MLS tarixində bir matçda 5 məhsuldar ötürmə edən ilk futbolçu olub. O, eyni zamanda bir oyunda altı xal toplayan ilk MLS oyunçusudur.

Xatırladaq ki, bu görüşdə uruqvaylı hücumçu Luis Suares het-trik edib.

Hazırda “İnter Mayami” 12 matçdan sonra 24 xalla MLS turnir cədvəlində birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm