İqtisadi gündəm
Sarkisyan başını itirib (VİDEO)
Ermənistan prezidenti Serj Sarkisyan növbəti çıxışı zamanı
ölkədə yaşayan yoxsul əhalini borclu çıxardıb.
ANS TV-nin məlumatına görə, ağlasığmaz çıxış yolu göstərən
prezident “Suda boğulanlar gərək özləri-özlərini sudan çıxarsın”
sözlərini deyərək ermənilərin qəzəbinə səbəb olub. Erməni
qəzetlərinin yazdığına görə, Serj Sarkisyan bu sözləri əhalinin
yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 35 %-nə ünvanlayıb.
Amma prezident çıxış yolunun necə tapılacağını deməyib.
Sarkisyan məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin
boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis
yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis
işləyirlər.
Serj Sarkisyan altıncı ildir ki, vəzifədədir və onun reytinqi bu
gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına
görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin
nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz
respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə
cinayətkar oliqarxiya sistemi güclənir. “Kriminal” adlı yoluxucu
xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın
nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox
sirayət edir.
Bununla yanaşı, qəzetlər həyəcanla ərzaq məhsullarının nəzərə
çarpacaq dərəcədə bahalaşmasından danışır. Ermənistanda vəziyyət
getdikcə gərginləşir və belə görünür ki, hamını işləməyə çağıran
Serj Sarkisyana yaxın zamanlarda başqa iş tapacaqlar və o zaman o,
heç nəyə görə məsuliyyət daşımayacaq.
Vəziyyətin gərginləşdiyi bir vaxtda “Milli müqəddartını təyinetmə”
Birliyinin lideri Paryur Ayrikyan və onun tərəfdarları prezident
Serj Sarkisyanı istefa verməyə tələb ediblər.
Sarkisyan qarşımıza şəxsən çıxmasa, ona məktub göndərəcəklər. O,
məzuniyyətdən qayıtdıqdan sonra aclıq aksiyası keçirəcəyik.
Ayrikyanın mövqeyilə ölkədə fəaliyyət göstərən partiyaların
əksəriyyəti də razılaşır. Ümumi qənaət ondan ibarətdir ki, ancaq
Sarkisyanın istefası həm onu, həm də xalqı mövcud bəlalardan
qurtara bilər.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO