Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - NAZİR
Bizi izləyin

İqtisadi gündəm

Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - NAZİR

2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulur. Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Naziri qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunda olan anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib.

O qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” qanuna da dəyişikliklər təklif olunurş Burada əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm