Dollar indeksi toparlanmağa çalışır
Bizi izləyin

İqtisadi gündəm

Dollar indeksi toparlanmağa çalışır

Ötən həftə ABŞ-da iqtisadiyyatın ehtimal olunandan daha çox - 2.9% böyüməsi, eləcə də “NFP”-nin proqnozları üstələyərək daha çox artması fonunda dollar indeksi cari həftənin əvvəlində toparlanmağa çalışır.

Görünür FED-in sərt monetar siyasəti davam etdirmək üçün dəstək aldığı əsas iki iqtisadi göstəricinin də proqnozları üstələməsi birjaların “FOMC”-un dekabr toplantısında da uçot dərəcələrinin növbəti dəfə 0.75% artırılacağına olan ümidlərini artırıb. Nəticədə dollar indeksi 105 bənd hədlərinə yüksəlib.

Təhlillərə əsasən DXY 105 bənd həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyasını 110 bənd hədlərinə kimi davam etdirə bilər. Bu isə öz növbəsində EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının eniş tendensiyası ilə əvəzlənməsinə səbəb ola bilər.

Dünya birjalarında dolların tələbin artması fonunda qızıl 1766$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən hazırda 1772$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 166$ həddinin altına düşsə, eniş tendensiyası 1746$-a kimi davam edə bilər.

Məlumat “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm