COP29-la bağlı vergi güzəştləri: Sahibkarlar nə əldə edəcəklər?
Bizi izləyin

İqtisadi gündəm

COP29-la bağlı vergi güzəştləri: Sahibkarlar nə əldə edəcəklər?

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisdə qəbul edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Bu barədə iqtisadçı ekspert Elşad Məmmədov Publika.az-a açıqlamasında qeyd edib ki, tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət etməlidir:

“Belə ki, tədbirin keçirilməsi bir çox əlavə xərclərin olması deməkdir. Belə olduğu halda bu vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə tətbiq etmək üçün şərait yaratmış olacaq. Eyni zamanda tədbirin miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur. Zaman da o qədər çox qalmayıb, ona görə də proseslərin sürətlənməsinə ehtiyac var. Bu güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Bu da bütünlükdə hazırlıq proseslərini sürətləndirməlidir.

Ümumiyyətlə, təcrübədə belə hallara tez-tez rast gəlinir ki, bu tip böyük tədbirlər keçirlərkən müvafiq vergi güzəştləri tətbiq olunur. Bu tətbiqlər məhsulların əlçatanlığına, onların təminatı ilə bağlı sürətlənməyə, eyni zamanda hazırlıq prosesində iştirak edən qurumların fəaliyyətinin daha yüksək keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm