Azərbaycan neftinin 2024-2025-ci illərdə orta qiyməti: Proqnoz verildi
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neftinin 2024-2025-ci illərdə orta qiyməti: Proqnoz verildi

Mərkəzi Bank 2024-ci ildə Azərbaycan neftinin bir barelinin orta qiymətinin 85,7 ABŞ dolları olacağını proqnozlaşdırıb.

Publika.az trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

"2025-ci ildə bir barrel neftin orta qiyməti 83,5 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Öz növbəsində qaz qiymətləri bu il üzrə min kubmetr üçün 281 ABŞ dolları, gələn il üçün isə 299 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin baza qiyməti 60 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, mayın 1-də Mərkəzi Bankı uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm