İqtisadi gündəm
Kolbasa şirkətləri yoxlanılır: həbslər gözlənilir
Bakının kolbasa istehsal edən şirkətlərində və sexlərində irimiqyaslı yoxlamalar başlayıb.
Axar.az-a verilən məlumata görə, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ayrı-ayrılıqda təftişə start verib.
Paytaxtın ən məşhur kolbasa firmalarında, sexlərində məhsulların keyfiyyəti araşdırılır, hansı standartlara uyğun hazırlanması laboratoriyadan keçirilir, ölkəyə idxal edilən malların mənşəyi yoxlanılır.
Məlumatlarda qeyd edilir ki, dövlət qurumlarının başladığı
yoxlamalar olduqca müsbət təşəbbüsdür. Əhaliyə zərərli, mənşəyi
bilinməyən ət məhsullarından hazırlanmış, ölmüş heyvan ətindən
düzəldilmiş, Hindistandan gətirilən zebr heyvanından istehsal
edilmiş kolbasa məmulatı satılması ilə bağlı mühüm faktlar
aşkarlanıb.
Bu faktların üzə çıxması nəticəsində ölkədə bir neçə tanınmış
kolbasa şirkətinin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Artıq
dövlət orqanlarının apardığı araşdırmalar bir sıra nəticələrə
gətirib çıxarıb və əhaliyə də xəbərdarlıq olunur. Bu məhsullarla
bağlı həyəcan təbilinin çalınması onu deməyə əsas verir ki, bəzi
şirkətlərin rəhbərliyində məsuliyyətə cəlb edilənlər ola bilər.
Mənbə iddia edir ki, kolbasa məhsulları ilə bağlı ciddi araşdırmaların aparılmasına ölkə rəhbərliyinin də göstərişi olub.
Qeyd edək ki, bu günlərdə “halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməkdədir.
İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ