İqtisadi gündəm
Erməni təxribatının qarşısı alındı - FOTO
Xəbər verdiyimiz kimi, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı “əl-İstiqamə” qəzetinin elektron səhifəsində yerləşdirilmiş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş uydurma “erməni soyqırımı” qurbanları kimi təqdim edilmişdi.
AzərTAc tərəfindən qəzetin redaktoru Əli əl-Atvani ilə əlaqə yaradılaraq, bu fakt onun diqqətinə çatdırılıb və bununla bağlı qəti etiraz bildirilib. Agentliyimizin təqdim etdiyi təkzibolunmaz faktlar nəzərə alınaraq qəzet yanvarın 13-də öz səhvini düzəldərək sözügedən məqalədəki fotoşəkli dəyişdirib. Redaktor Əli əl-Atvani yol verilən xətaya görə üzr istəyib.
Qeyd edək ki, eyni fotoşəkil, həmçinin uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilmişdi.
Fotoşəklin yer aldığı həmin Facebook səhifəsində AzərTAc əməkdaşının müxtəlif dillərdə, o cümlədən ərəb dilində verdiyi şərhlər dərhal silinib, eyni zamanda, səhifədəki “Məktub yaz”, eləcə də paylaşımdakı “Bəyən” və “Şərh yaz” bölmələrinə giriş ümumiyyətlə bağlanıb.
Bu, yeganə fakt deyil. Üzdəniraq erməni təbliğatçıları, həmçinin 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim edirlər. Amma onların bütün cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır.
AzərTAc erməni saxtakarlıqlarının ifşa olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi