İqtisadi gündəm
Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib
Unibank İnsan Resurslarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi prosesini başa çatdırıb. Bankın İR biznes proseslərini təkmilləşdirmək üçün Unibank intuitiv interfeysə malik, çoxlu sayda İR alətlərini cəmləşdirən, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, işə qəbul və distant öyrənmə proseslərini avtomatlaşdıran vahid idarəetmə sisteminə üstünlük verib. Bu, gündəlik iş proseslərini sadələşdirmək, işdə olmama günlərinin izlənməsi və məzuniyyətlərin planlaşdırılmasında şəffaflığın artırılması məqsədilə edilib.
Avtomatlaşdırma prosesi SMART business tərəfindən həyata keçirilib. Proses zamanı tətbiq edilən SMART business şirkətinin SMART HCM & LMS həlli funksionallığına, inteqrasiya imkanlarına, çevikliyinə və rəqabətli qiymətinə görə seçilib. Proses boyu lazım olan bütün imkanlar vahid ekosistem daxilində həyata keçirildiyi üçün bu da “Unibank”a filiallar üzrə kadrların idarə edilməsi proseslərini konsolidasiya etməyə və vahid, optimallaşdırılmış yanaşma qurmağa imkan verib.
Həllin əsas üstünlüklərindən biri onun təhlükəsizliyidir. Bank sektorunda təhlükəsizlik məlumat sızmalarından, maliyyə və reputasiya risklərindən qorunmaq üçün vacibdir. Microsoft texnologiyalarına əsaslanan SMART HCM & LMS sənaye standartlarına cavab verən şifrələmə protokolları təklif edir, sistemə giriş üçün çoxfaktorlu autentifikasiya üsulları yüksək təhlükəsizliyi təmin edir. Bu, “Unibank”ın məlumatlarının ən son beynəlxalq GDPR standartlarına uyğun olaraq qorunduğunu təmin etməyə imkan verir və öz növbəsində məlumatların təhlükəsizliyi və müştəri etibarını artırır.
Unibank məlumatların idarə edilməsi və strukturun vizuallaşdırılması üçün “HR Administration” kimi vacib modullara üstünlük verərək, SMART HCM & LMS-i tətbiq edib. “Staff Assessment”, “Goal Setting”, “Competency Development”, “Event Organization”, “Self-service Portal, Manager’s Portal” və “E-Learning” kimi moduların tətbiqi isə ümumi əməliyyat səmərəliliyini artırıb.
SMART HCM & LMS həllinin tətbiqi Unibank üçün insan kapitalına səmərəli investisiyaya çevrilməklə, səmərəliliyin və əməkdaşların məmnuniyyətinin artırılması şəklində “faiz gəliri” qazandırıb.
Unibank haqqında
Unibank, 2002-ci ildə MBANK və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaranıb və Azərbaycanın aparıcı özəl maliyyə qurumlarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş xidmət spektri təklif edir və geniş filial şəbəkəsinə malikdir. Unibank fəaliyyət göstərdiyi 32 il ərzində bir çox beynəlxalq mükafatlar qazanıb. Daha ətraflı: https://unibank.az
SMART business haqqında
SMART business ERP, CRM və HRM sistemlərinin tərtibatı, tətbiqi, dəstəklənməsi və müvafiq təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır, o cümlədən prediktiv analitika və süni intellekt texnologiyalarını əhatə edir. 15 ildən çox təcrübəyə malik olan SMART business Dynamics 365, Office 365, Azure və Power BI kimi Microsoft platformaları əsasında həllər təqdim edir, məlumat və maşın öyrənmə texnologiyalarından istifadə edərək müştərilər üçün strateji, kompleks biznes həlləri ilə təklif edir. Daha ətraflı məlumat üçün: https://bit.ly/3CeGv2A
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?











.jpg)
.png)





.jpg)



.jpg)
















