İqtisadi gündəm
Fazil Mustafa: "Bu, ermənilərə işləyən şəbəkənin işidir"
Millət vəkili Fazil Mustafa Azərbaycan tarixi haqqında söylədiyi fikirlərin erməni mətbuatında əleyhimizə istifadə olunmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, millət vəkili bunu ermənilərə işləyən şəbəkənin fəaliyyəti hesab edir.
“ANS kanalında bir suala yönəlik bildirmişəm ki, 1918-ci ilədək Azərbaycan adlı dövlət olmayıb. Nə olsun? Heç Türkiyə, Ermenistan, İran adlı dövlətlər də olmayıb. Götürüb erməni və İran saytlarına ötürürlər ki, guya demişəm ki, tarixdə Azerbaycan dövleti olmayıb”, Fazil Mustafa Facebook səhifəsində yazıb.
“Bu bir tarixi faktdır ki, Azərbaycan adı ilə ilk dövlətimiz 1918-ci ildə qurulub. Bütün ləyaqətsiz və yalançı vətənsevərlər şivən qoparırlar ki, bu İran ve erməni mediasında da gedib. İnformasiyanı təhrif edərək göndərmisiniz, o cür də veriblər. Mənim ifadəmi təhrif edərək böhtan atan insanların hərəkətləri həqiqətən də nadanlıqdan başqa bir şey deyildir”. – millət vəkili əlavə edib.
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...