"Qanlı Yanvar" filmi Türkiyə mətbuatında
Bizi izləyin

İqtisadi gündəm

"Qanlı Yanvar" filmi Türkiyə mətbuatında

Türkiyə mətbuatında ötən gün təqdimatı keçirilən “Qanlı Yanvar” filminin təqdimatı haqqında xəbərlər dərc edilib.


ANS PRESS-in məlumatına görə, qaraş ölkə mətbuatında yer alan xəbərlərdə Vahid Mustafayevin rejissorluğu ilə ərsəyə gələn 20 Yanvar hadisələrinə həsr edilmiş filmin möhtəşəmliyindən, yaradıcı heyətin peşəkarlığından və istedadlı aktyor heyətindən söz açılıb.

Təqdimat mərasimində türkiyəli məşhur aktrisa Nəbahat Çehrə, ABŞ-lı aktyor Leyn Devislə yanaşı, ziyalı şəxslərin, millət vəkillərinin də iştirak etdiyi bildirilir.

Filmin təqdimatından sonra jurnalistlərin suallarını cavablandıran aktrisa Nəbahat Çehrə ana rolunu oynadığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. Ekran əsərinin müəllifi Vahid Mustafayev isə 63 gün içərisində çəkilən filmdə Türkiyə, İran, Rusiya və ABŞ kimi ölkələrdən aktyor və aktrisalar dəvət edildiyini, hər birinin vəzifəsinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

Qeyd edək ki, "Qanlı Yanvar" filmi ötən gün Nizami kinoteatrında təqdim edilib. Filmin bir sıra ölkələrdə numayişi və beynəlxalq festivallarda iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm