İqtisadi gündəm
Sabiq deputat Həsən Mirzəyev vəfat edib
Milli Məclisin sabiq deputatı, hakim Yeni Azərbaycan Partiyasını yaradan "91-lər"dən biri Həsən Mirzəyev bu gün dünyasını dəyişib.
Modern.az saytının məlumatına görə, 88 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.
Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda,
Dərələyəzin Qovuşuq kəndində anadan olub. O, 1948-ci ildə orta
məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu
bitirib, 1965-1987-ci illərdə namizədlik və doktorluq
dissertasiyasını müdafiə edib.
Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetin "Müasir Azərbaycan dili" kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb.
21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür,
YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv
seçilib.
Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı
Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev
2002-ci ildə mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət"
ordeninə, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə
"Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
-
Dünya09:12
Putinin Pekin səfəri: Görün sağ və solunda kimlər oturub
-
Nəqliyyat08:40
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Nəqliyyat07:10
Yanğına görə bağlanan yollar açıldı - YENİLƏNDİ
-
İdman06:49
Makqreqorla döyüşə razılıq verdi: Böyük adam kiçik cücəyə qarşı
-
Maraq dünyası06:28
200 milyon illik sirr: piramida, yoxsa dağ? - FOTO
-
Magazin105:15
Məşhur bəstəkarın səhhəti pisləşdi: "Güclə danışıram" - VİDEO
-
Hadisə02:25
"Ağ çiçəyim"dəki yanğın söndürüldü - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı