İqtisadi gündəm
İlham Əliyev Sudanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin
başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhsuldar
olacağına və ölkələrimiz arasında dostluq əlaqələrinin daha da
inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu
bildirdi. İki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrini və
beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı yüksək
dəyərləndirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və
eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu
ədalətli mövqeyinə görə minnətdarlığını ifadə etdi.
Nazir Əli Əhməd Karti Sudan Prezidenti Ömər Həsən Əhməd əl Bəşirin
salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana
səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf
proseslərinin şahidi olduğunu dedi və qazanılan nailiyyətlər
münasibətilə dövlətimizin başçısını təbrik etdi. Beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir
daha vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə,
o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə
mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu.
Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd əl Bəşirin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
PRESİDENT.AZ
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO