İqtisadi gündəm
Fransa prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub
Fransa prezidenti Fransua Olland aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə "Report"a diplomatik mənbələrdən bildirilib.
Belə ki, Fransa prezidenti Azərbaycana Ermənistana səfərindən sonra gələcək.
Fransua Olland Bakı və İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini də müzakirə edəcək.
Xatırladaq ki, mart ayında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Fransua Ollandın Cənubi Qafqaz turnesinə çıxmaq niyyətində olduğunu bildirib. Həmin turne zamanı F.Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparacaq.
"Prezident diplomatik təşəbbüslərin bərpa olunmasına köməklik göstərmək məqsədilə 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit təşkil etmişdi. Bu görüş zamanı ilk humanitar addım kimi itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin aparılmasına dair razılaşma əldə olunub", - Arlem Dezir qeyd edib. Onun sözlərinə görə, Fransa münaqişənin həlli ilə bağlı səylərini davam etdirmək niyyətindədir.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda.... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir