Akif Çovdarov nəfəs ala bilmir
Bizi izləyin

Hadisə

Akif Çovdarov nəfəs ala bilmir

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun səhhəti ağırlaşıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun səhhəti ağırlaşıb. O, ailəsi ilə əlaqə saxlayaraq artıq nəfəs ala bilmədiyini deyib. Akif Çovdarov ailəsinə və vəkilinə bildirib ki, səhhətində yaranmış problemlərin aradan qaldırılması üçün ona şərait yaradılmır.

Bu barədə musavat.com-a Akif Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.

K.Nəsibov deyib ki, noyabrın 8-də Akif Çovdarovun ailəsinin istəyi ilə generalla görüşmək üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə gediblər. Lakin onların Çovdarovla görüşünə icazə verilməyib.

Akif Çovdarov nəfəs ala bilmir…

Vəkil deyir ki, A.Çovdarov telefonla danışarkən ailəsinə vəziyyətinin ağır olduğunu, artıq nəfəs ala bilmədiyini deyib. Bundan narahat olan Çovdarovlar ailəsi generalla görüşməsi üçün vəkilinin təcridxanaya getməsini xahiş edib. Lakin vəkilləri təcridxanaya getsə də, onlara görüş üçün icazə verilməyib.

K.Nəsibov onu da bildirib ki, Akif Çovdarovun oğlu Ruslan Çovdarov atasının səhhəti ilə bağlı yaranmış problemdən narahat olduqlarını və bunun üçün də aidiyyəti qurumlara və ölkə rəhbərliyinə müraciət ediblər.

Ruslan Çovdarov prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, ombudsman Elmira Süleymanovaya, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndələiyinə, Ədliyyə Nazirlyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevə müraciət edib.

“Məqsəd xəstəlik bəhanəsi ilə onun həyatına son qoymaqdır”

Məzmunu eyni olan müraciətlərdə Ruslan Çovdarov qeyd edir:

“…Atam həbs olunmazdan öncə uzun müddət idi ki, ürəyin işemik xəstəliyi, aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, ritm pozğunluğu, səyrici aritmiya, total qastroektomiya və porsial qida borusunun rezeksiyasından sonrakı vəziyyət, anastomozit, nazik bağırsaq ilgəklərinin eroziv dəyişikliyi, eroziv reflüks, ezofagit kimi xəstəliklərdən əziyyət çəkir. Saxlanıldığı dövrdən bu günədək yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkdiyi halda qəsdən bütün tibbi yardımlardan məhrum edilib. Məqsəd xəstəlik bəhanəsi ilə onun həyatına son qoymaqdır.

Atamla olan son danışığımızdan mənə məlum oldu ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı da Bakı İstintaq Təcridxanasında atamla görüşüb. Və o, başına gətirilən qanunsuluq barədə ətraflı məlumat verib.

Ruslan Çovdarov: “Atam köməksiz və əlacsız vəziyyətdə qalıb”

Ruslan Çovdarov məktubunda yazır ki, atası noyabrın 8-də evə zəng edib: “Atam dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir tibbi yardım göstərilmədiyini, onu qəsdən oksigen balonu ilə təmin etmədiklərini, işgəncə verməklə öldürməyə çalışdıqlarını bildirib. Hazırda o, tam köməksiz və əlacsız vəziyyətdə qalıb. Hər an ölə bilər. Ancaq bizə yalnız müəyyən ölunmuş günlərdə onunla görüşməyə icazə verildiyindən atama heç bir köməklik göstərə bilmirik.

Atamın tibbi yardımdan məhrum edilməklə işgəncələr altında qəsdən öldürlməsinin qarşısının alınmasına kpməklik göstərməyinizi və səlahiyyətiniz daxilində təcili olaraq tədbirlər görməyinizi bütün aikəmiz adından xahiş edirəm”.

Vəkil Kamandar Nəsibov onu da bildirib ki, Akif Çovdarov aclıq akasiyasını davam etdirir. Bu da onun səhhətinin ağırlaşmasına səbəb olub.

Qeyd edək ki, Akif Çovdarov oktyabrın 25-dən aclıq aksiyasına başlayıb və səbəb olaraq göstərib ki, ona səhhətində yaranmış problemlərin müalicəsi üçün şərait yaradılmır. Akif Çovdarov deyir ki, bununla da onun ölümünə nail olmaq istəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm