Hadisə
Azərbaycan elminə AĞIR İTKİ
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, görkəmli epiqraf Məşədixanım Nemətova dünyasını dəyişib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Publika.az-a verilən məlumata görə, alim bu gün II Zabrat qəbiristanlığında dəfn olunacaq.
M.Nemətova 5 yanvar 1924-cü ildə II Zabrat kəndində anadan olub.1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olub, 1952-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu ildə Azərbaycanda epiqrafiq irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunan Nemətova 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.
Azərbaycanın orta əsrlərinin epiqrafik abidələrini araşdıran alim 12 monaqrafiyanın, 300 elmi əsərin müəllifidir.
2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub, onların tarixi əhəmiyyətini müəyyənləşdirib. 60 ildən artıq müddət ərzində Azərbaycanın tarixi ərazilərini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş səlnamələri oxuyub tədqiq etmişdir.
Allah rəhmət etsin!
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır