Hadisə
Göygöldə qətl törədən 80 yaşlı qadın saxlanıldı (YENİLƏNDİ)
Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb.
Saxlanılan Mərquş Bayramova Şiraslan Atakişiyevi söyüş söydüyü
üçün qətlə yetirdiyini deyib.
Mərhumun qardaşı Rizvan Atakişiyev APA-ya deyib ki, qardaşı Bakıda
qalırmış. Dünən Bakıdan rayona gəlib: “Heç anamgillə görüşməyib.
Gecə Mərquş Bayramova anamın evinə gedərək, Şiraslanı öldürdüyünü
deyib. Mən buna şübhə ilə yanaşıram, o yaşlı qadının qardaşıma gücü
çatmazdı. Ümid edirik ki, bu məqam xüsusi araşdırılacaq”.
R. Atakişyevin sözlərinə görə, hadisədən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək, pəncərələri sındırıblar.
***
Göygöldə qohumunu öldürən qadının kimliyi məlum olub.
Hadisəni 80 yaşlı Mərquş Bayramıvanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib.
Araşdırmalar davam edir.
***
Göygöldə qətl hadisəsi törədilib.
Rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib.
İlkin məlumata əsasən, Ş. Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb. (apa)
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı