Zavod yanıb kül oldu, əhaliyə XƏBƏRDARLIQ edildi - Zəhərli qaz təhlükəsi
Bizi izləyin

Hadisə

Zavod yanıb kül oldu, əhaliyə XƏBƏRDARLIQ edildi - Zəhərli qaz təhlükəsi

Berlinin Lixterfelde rayonundakı "Diehl Metal Applications" texnologiya şirkətinin zavodu yanaraq külə dönüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Ventzel zavodun tamamilə yandığını bildirib.

Onun sözlərinə görə, binada saxlanılan kimyəvi maddələr (sulfat turşusu və mis sianid) də yanıb. Buna görə də hidrogen sianidin əmələ gəlməsi və tüstü ilə birlikdə havaya qalxması riski var.

Qeyd edilib ki, hadisə yerinə 180 yanğınsöndürən gəlib. Onlar havaya zəhərli qazın yayılmaması üçün yalnız köpükdən istifadə edirlər.

Avtomobil sektoru üçün hissələr istehsal edən zavoddakı yanğından sonra Berlin üzərində sıx tüstü dumanı müşahidə edilib. Zəhərli tüstünün şəhərin şimal hissəsinə doğru yayılması təhlükəsi barədə xəbərdarlıq edib. Berlin sakinlərindən çölə çıxmamaları, pəncərə və qapılarını bağlı saxlamaları xahiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm