Hadisə
Rusiyada II Dünya Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qəbri tapıldı
Rusiyada İkinci Dünya Müharibəsi zamanı həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb.
Rus mətbuatının yaydığı xəbərə görə, Əbdül Heydər oğlu Orucəliyev 1943-cü ildə Krasnodar diyarının Slavyansk rayonunun Neşadimovsk kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub.
Yerli sakin Akulina Savçenko qızı ilə bilikdə adını bilmədikləri əsgəri dəfn ediblər. Onun qızı bu illər ərzində naməlum əsgərin qəbrini mühafizə edib.
Aparılan axtarışlar nəticəsində bu il həmin şəxsin H. Orucəliyev olduğu məlum olub. Onun kənddə kütləvi məzarlıqda dəfn olunması qərara alınıb. Dəfn mərasimində rayonun rəsmi şəxsləri iştirak ediblər.
Məsələ ilə bağlı Azərbaycana məlumat verilib. (apa)
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək