Hadisə
Generalla bağlı dəhşətli faktlar AŞKARA ÇIXIR - YENİLƏNDİ
Prosesdə şahid qismində ifadə verən Fərid Hüseynov bildirib ki, “Elit Travel” şirkətində turizm şöbəsində işləyib. Onun sözlərin görə, şirkətin rəhbəri Xalid Sadıqov MTN əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az bildirir ki, onun sözlərinə görə, həmin gün MTN əməkdaşları ofisə gəlib, axtarış aparıblar: “Sonradan Xalid Sadıqov sərbəst buraxılıb. Eşitdim ki, onu pul müqabilində sərəbəst buraxıblar. Həmin ərəfədə Xalid kassadan 20 min manat götürüb. O, istədiyi vaxt kassadan pul götürə bilərdi, şirkətin rəhbəri idi".
Daha sonra ifadə verən MTN əməkdaşı olmuş Fuad Fətəliyev bildirib ki, hazırda Dövlət Təhlükəsizlik Xidmətində xidmətini davam etdirir. O deyib ki, Xəzər rayonunda qanunsuz özəlləşdirmə işi ilə bağlı iki nəfərin həbs edilməsi üçün keçirilən əməliyyata rəhbərlik edib: “Xəzər rayon icra başçısının müavini olmuş Ələkbər Heydərovla bağlı məlumatı mənə antiterror mərkəzinin rəis müavini olmuş İlqar Əliyev verib. İcra başçısənın müavinini MTN-ə gətirdik və izahatını aldıq. Sonradan onunla bağlı məlumatlar təsdiqini tapmadı. O, sərbəst buraxıldı. Onun sərəbəst buraxılması üçün qərarı İlqar Əliyev verib”.
Prokurorun bu epizodda adı keçən makler Kamil Şükürovun icra başçısına pul verməsi ilə bağlı suallara Elçin Quliyev etirazının bildirib: “Prokuror burada Kamil Şükürov məsələsinin üstünı çox gedir. Bu şahid burada ifadə verir, təcrübəsiz işçi olub. Kamil Şükürovun MTN-ə cəlb olunmasından Fuad Fətəliyevin xəbəri ola bilməzdi. Qapalı iclasda Kamil Şükürovla bağlı geniş danışmışam”.
Daha sonra Fuad Fətəliyev bildirib ki, icra başçısının müavini Ələkbər Heydərovun izahatını alıb.
Əlkbər Heydərov isə deyib ki, onu MTN-də 5 saat saxlayıblar, 50 nəfər izahatını alıb: “Şahid deyir ki, məni MTN-ə çağırıblar. Amma belə olmayıb. İcra başçısı mənə dedi ki, MTN-ə get, səni çağırırlar, gör nə məsələdir. Mən də MTN-ə getdim. Heç bir saxta sənəd olmayıb”.
Fuad Fətəliyev daha sonra qeyd edib ki, Ələkbər Heydərov ertəsi gün orijinal sənədlər gətirib: “Həmin sənədləri mənim yoxlamaq səlahiyyətim olmayıb. Bununla bağlı yoxlamanı İlqar Əliyev aparıb və qərar qəbul edib. Bu işdə mənə bütün göstərişləri İlqar Əliyev verib. Ələkbər Heydərovdan pulun alınması barədə göstərişi İlqar Əliyevdən almışam. Eşitdiyimə görə, İlqar Əliyev Ələkbər Heydərovdan pul alıb, onu sərbəst buraxıb”.
Şahid daha sonra ifadəsində Dövlət Reyster Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovun həbs edilməsilə bağlı keçirilən əməliyyatdan danışıb.
Daha sonra arayış verən Elçin Quliyev bildirib ki, burada İlqar Əliyevin 300 min manat aldığını deyirlər: “İndi İlqar Əliyev intihar edib, rəhbmətə gedib. İlqar Əliyev 300 min manat alıbsa, bunu özü sayıb, daha niyə bunu orada-burada yaysın. Bütün bunları zərərçıkmişin özü yayıb. İlqar Əliyev pul alıbsa, bunu niyə Fuad Fətəliyevə deməlidir? Bu zərərçəkmişi öyrədib bura yollayan ağsaqqalı var”.
Ələkbər Heydəriv isə deyib ki, onun ağsaqqalı yoxdur, özü elə ağsaqqaldır.
Növbəti iclas avqustun 4-də davam edəcək.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Aydın Allahverdiyev ifadə verib.
O bildirib ki, Ələsgər Əliyevlə birlikdə Mərdəkan qəsəbəsində torpaq sahəsi olub: "Həmin torpaq sahəsi MTN əməkdaşı Heydər İslamova satılıb. Ələsgər Əliyev torpağın pulunu alsa da, sənədləşmə işini görə bilməyib. Heydər İslamov Ələsgərə hədə-qorxu gəlməyə başlayıb".
Bu zaman Elçin Quliyev məsələ ilə bağlı arayış verib: "Ələsgər Əliyev bizə torpaq satıb, torpaq sənədsiz olub. Mənim vəzifəm var deyə, pulumu geri tələb edə bilmərəm? Bizə dələduzluq ediblər, məni aldadıbsız".
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO
-
ABŞ10:42
Yeni prezident, köhnə hesab: ABŞ-ın dövlət borcu görün nə qədər oldu
-
MDB09:48
Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək
-
Region09:12
Köçəryan komandasını topladı: Nə planlaşdırırlar?