Bakıda DƏHŞƏTLİ QƏZA: avtomobil yanır - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏZA: avtomobil yanır - YENİLƏNDİ

Şəhər mərkəzindən hava limanı istiqamətindəki yolda (keçmiş "Komsomol dairəsi") baş vermiş qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib:

“Bizim briqadalara verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Lakin əməkdaşlarımız həmin meyiti görməyib. Qəza nəticəsində əməkdaşlarımız 20-32 yaşlarında iki nəfərə yardım göstərib. Onlar qapalı kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib”-deyə, R.Nağıyev bildirib.

***

"Hava limanında baş verən yanğınla bağlı bizə çağırış olub, lakin tıxac səbəbindən briqadalarımız hadisə yerinə çata bilməyib".

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, qəza baş verən ərazidə digər sürücülərin avtomobillərini saxlayıb dayanması tıxaca səbəb olub: “Təcili yardım maşınlarının hadisə yerinə vaxtında çatması həm də yoldakı vəziyyətdən asılıdır. Hazırda həmin yolda tıxac olduğundan təcili yardım maşınları da əraziyə çatmaqda çətinlik çəkir”.

***

13:31

Şəhər mərkəzindən hava limanı istiqamətindəki yolda (keçmiş komsomol dairəsi) qəza baş verib.

Publika.az-a xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, bu istiqamətdə yol nəqliyyat hadisəsi baş verib.

“Qəza baş verən nəqliyyat vasitəsi yanır. Hazırda bu istiqamətdə tıxac var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm