Penitensiar Xidmət Lapşinin intihara cəhd etməsi ilə bağlı xəbər yaydı
Bizi izləyin

Hadisə

Penitensiar Xidmət Lapşinin intihara cəhd etməsi ilə bağlı xəbər yaydı

Aleksandr Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib.

Bu barədə Publika.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Qeyd olunur ki, Cinayət Məcəlləsinin 318.2 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib: "Belə ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib".

İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və A.Lapşinə lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, 11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A.Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm