Komaya düşən şəkərli diabet xəstəsi öldü
Bizi izləyin

Hadisə

Komaya düşən şəkərli diabet xəstəsi öldü

Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib. Hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Şıx Heybət kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynova Sahibə Cahad qızı yaşadığı evdə komaya düşüb. Komatoz vəziyyətdə xəstəxanaya gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Qadın xəstəxanada dünyasını dəyişib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm