İş adamlarına qarşı 150 minlik dələduzluq edən qadın cəzalandırıldı
Bizi izləyin

Hadisə

İş adamlarına qarşı 150 minlik dələduzluq edən qadın cəzalandırıldı

Bakıda iş adamlarına qarşı dələduzluq etməkdə təqsirli bilinən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Aygün Rəhimova iş adamı Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat alıb. Amma qadın verdiyi vədə əməl etməyərək, Qüdrət Məmmədovun pulunu ələ keçirib. Daha sonra "Ayfon" telefonu almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb. Bundan başqa, Aygün Rəhimova iş adamı Surxay Məmmədovdan qızıl əşyaları satmaq adı ilə 55 min manat alaraq, mənimsəyib.

Cinayət işinin materiallarında Aygün Rəhimovaanın 150 min manat yaxın pulu ələ keçirməsi qeyd olunub. Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm