Hadisə
Bakıda yük maşını körpüdən aşdı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təxili olaraq xəstəxanaya çatdırılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
***
Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.
Hadisə yerinə DYP əməkdaşları gəliblər.
Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. (report)
Könül Cəfərli
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO