Hadisə
Salyan sakinindən 3 kiloqramdan çox narkotik tapıldı
Salyan polisi rayon sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.
“Report” xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ