Hadisə
Şəkidə ev yandı, bir yaşlı uşaq...
Şəkidə fərdi yaşayış evində yanğın olub, bir yaşlı uşaq yanıq xəsarəti alıb.
APA-nın məlumatına görə, bu gün axşam saat 18:50 radələrində rayonun Şin kəndində, kənd sakini Əmrullah Ramazan oğlu Kazımova məxsus, ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
FHN-nin Şəki rayon DYMH-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Özcan Samir oğlu Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO