• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA - FOTO

  • Hadisə
  • 22 Yanvar 2018 18:26
  • 1 139 Baxış
İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA - FOTO

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, axtarış işləri əsasən FHN-in müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulmuşdur.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılmışdır.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.​

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR