Bakıda yaşayış binasında yanğın: 2 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında yanğın: 2 nəfər xilas edildi

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm