"Globe Soccer Awards"a namizədlər açıqlandı: Görün siyahıda kimlər var
Bizi izləyin

İdman

"Globe Soccer Awards"a namizədlər açıqlandı: Görün siyahıda kimlər var

"Globe Soccer Awards-2024" mükafatına namizəd futbolçu və məşqçilərin adları açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə nüfuzlu mükafatın saytında məlumat verilib.

Futbolçular arasında 20 nəfərin adı yer alıb: Toni Kroos, Cud Bellinqem, Rodriqo, Vinisius Junior (dördü də "Real"), Alessandro Bastoni, Hakan Çalhanoğlu, Lautaro Martines (üçü də "İnter"), Fil Foden, Erlinq Haaland, Bernardo Silva (üçü də "Mançester Siti"), Harri Keyn, Coşua Kimmix (hər ikisi "Bayern"), Antuan Qrizmann ("Atletiko"), Qrimaldo ("Bayer"), Seru Qirassi ("Ştuttqart"), Mats Hummels ("Borussiya" D), Kilian Mbappe (PSJ), Kol Palmer ("Çelsi"), Bukaya Saka ("Arsenal") və Məhəmməd Salah ("Liverpul").

Ən yaxşı məşqçi nominasiyasında isə 15 mütəxəssisin adı var: Xabi Alonso ("Bayer"), Ruben Amorim ("Sportinq"), Karlo Ançelotti ("Real"), Mikel Arteta ("Arsenal"), Unai Emeri ("Aston Villa"), Luis Enrike (PSJ), Can Piero Qasperini ("Atalanta"), Pep Qvardiola ("Mançester Siti"), Ulrix Hönes ("Ştutqart"), Simone İnzaqi ("İnter"), Mişel ("Jirona"), Tyaqo Motta ("Bolonya"), Edin Terziç ("Borussiya" D), Tomas Tuxel ("Bayern") və Xavi ("Barselona").

2023-cü ildə ən yaxşı futbolçu nöminasıisında “Mançester Siti”nin hücumçusu Erlinq Haaland qalib olub. Məşqçilərin mübarizəsində də “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ən yaxşı seçilib.

Qeyd edək ki, Avropa Klublar və Futbol Agentləri Assosiasiyası tərəfindən təsis edilən "Globe Soccer Awards" mükafatının builki qalibləri mayın 28-də baş tutacaq mərasimdə elan olunacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm