Hadisə
Türkiyədə azərbaycanlı qadın öldürüldü
Türkiyədə əslən azərbaycanlı olduğu iddia edilən qadının cəsədi tapılıb.
Publika.az xəbər verir ki, hadisə bu gün Hürriyyət məhəlləsində baş verib. Uzun müddətdir həmin ərazidə yaşadığı deyilən qadının əslən azərbaycanlı olan Türkay İsayeva olduğu bildirilib. Qadının meyiti səhər saatlarında qonşuları tərəfindən aşkarlanıb. Hadisə yerinə gələn polislər qadının meyitini ekspertizaya göndəriblər.
İlkin ehtimallara görə, qadın öz evində döyülərək qətlə yetirilib.
Qadının meyiti ekspertiza üçün Pamukkale Universitet Xəstəxanasına göndərilib.
Qadının evinə son olaraq kimlərin gəlib-getdiyini müəyyənləşdirmək məqsədilə təhlükəsizlik kameralarına baxış keçirilib. Son olaraq onunla ünsiyyətdə olan hər kəs polisə ifadə verməyə çağrılıb.
Qonşular isə qadının naməlum şəxslər tərəfindən döyüldüyünü iddia edir.
Türkay İsayevanın 7 yaşlı oğlu və 11 aylıq qız övladı olub.
Faktla bağlı cinayət işi açılıb.
Könül Cəfərli
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər