Nida Xəbər
Pakistan Prezidenti Bakıya dəvət olundu
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.
Publika.az xəbər verir ki, Prezident Asif Əli Zərdari Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı maliyyə ehtiyaclarına dəstək olacağına ümid etdiyini söyləyib.
Dövlət başçısı Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. O, iki qardaş ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələri, ikitərəfli mübadilələri və insanlar arasında təmasları təşviq etməyə çağırıb.
Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Pakistan Prezidenti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət edilib.
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 20 May 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region20 May 18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region20 May 18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT