Astarada narkotik satan şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Astarada narkotik satan şəxs saxlanıldı

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotik vasitələrinin satışı ilə məşğul olan rayon sakini saxlanılıb.

Astara şəhər sakini Fariz Məmmədov 5 bükümdə narkotik vasitə olan heroini şərti alıcıya satarkən saxlanılıb və onun yaşadığı evə baxış keçirərkən oradan da narkotik vasitə aşkarlanıb. Ümumilikdə ondan 7 bükümdə külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm