
Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb.
Bu gün axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə
enerji verilişi bərpa olunub.
Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin
olunması üçün tədbirlər görülür.
***
"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Publika.az-a verdiyi məlumata görə, hazırda stansiyalar və tunellərdə sərnişinlərin təxliyəsi davam etdirilir:
"Bütün stansiyalarda gərgin iş gedir. Operativ tədbirlər planına uyğun işləyirik. Hələ ki, sərnişinlər arasında xəsarət alma, yaxud kiminsə özünü pis hiss etməsi halı ilə qarşılaşmamışıq".
***
Hazırda Bakı şəhərində elektrik enerjisi kəsilib. Bu da “Bakı Metropoliteni”nin işinə təsir edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a verdiyi məlumata görə, hazırda stansiyalarda təxliyə işləri həyata keçirilir:
“Qatarlar stansiyalarda və tunellərdə qalıb. Operativ tədbirlər planına əsasən hazırda sərnişinlər dispetçerlərin əmrinə əsasən təxliyə edilir”.
Gülxar