Hadisə
Kikboksinq üzrə dünya çempionu beynəlxalq axtarışa verildi
Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A.Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A.Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub. Kikboksinq idmanı üzrə dünya çempionu olan A.Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb. Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb. (apa)
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."