FHN-dən KİV-lərə ÇAĞIRIŞ
Bizi izləyin

Hadisə

FHN-dən KİV-lərə ÇAĞIRIŞ

Bu gün bəzi kütləvi informasiya vasitələrində (KİV) Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

FHN KİV-ləri bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm