“Zek” ağır cinayət törətdi - Yasamalda qanlı olay
Bizi izləyin

Hadisə

“Zek” ağır cinayət törətdi - Yasamalda qanlı olay

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1-ci Alatava küçəsində Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ədalət Həmidov naməlum şəxslə əlbəyaxa dava edib.

Nəticədə o bıçaqlanıb.

Ədalət Həmidov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı 29-cu polis şöbəsində araşdırma başlanıb.

Məlum olub ki, Murad adlı şəxs Ədalət Həmidova bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm