Bakıda maşınla qadını öldürüb qaçdılar
Bizi izləyin

Hadisə

Bakıda maşınla qadını öldürüb qaçdılar

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm