Qərargah: Sürüşmə sahəsində aktivlik davam edir
Bizi izləyin

Hadisə

Qərargah: Sürüşmə sahəsində aktivlik davam edir

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə ərazisində saat 21-00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm