Hadisə
Artur Rasizadənin müşavirinin kürəkəni güllələndi - FOTO

İstanbulun Beykoz səmtində iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən axşam saat 20:00 radələrində iş adamı avtomobilində olduğu zaman baş verib.
Hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər avtomobilə 5 dəfə atəş açaraq hadisə yerindən qaçıblar. İş adamı iki güllə yarası alıb. Beykoz Dövlət Xəstəxanasına yerləşdirilən Karaman daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilib.
Cinayətkarların tapılması üçün araşdırma başladılıb.
Qeyd edək ki, Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında evlənmişdi.

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı