Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralanan var - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralanan var - FOTO

Ötən gecə Bərdə rayonunda baş vermiş dəhşətli yol qəzasında xəsarət alan şəxslərdən biri vəfat edib.

Publika.az xəbər verir ki, rayonun Meşəçilik İnstitutu adlanan ərazisində sürücünün idarəetməsindən çıxaraq elektrik dirəyinə çırpılan BMW-də ağır xəsarət alan və FHN əməkdaşları tərəfindən maşından çıxarıalraq xəstəxanaya göndərilən sərnişin həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

*****

2 yanvar 20:05

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb.

BMW markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Deformasiyaya uğramış avtomobildən xəsarət alan şəxslər çıxarılıb.

Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm