Bakıda faciəvi hadisə - 38 yaşlı qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda faciəvi hadisə - 38 yaşlı qadının meyiti tapıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Q.Hacıbababəyov küçəsində yaşayan 1981-ci il təvəllüdlü Allahverdiyeva Mirvari Fəaliyyət qızı dəm qazından zəhərlənib.

Belə ki, mənzilin hamam otağında olarkən 38 yaşlı qadın qazdan boğularaq ölüb. Onun hamamdan çıxmadığını görən yaxınları qapını sındırıblar və dəhşətli hadisənin şahidi olublar.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm