Hadisə
Azərbaycanda ŞOK OLAY - Dilənçi cildində həyətə girdilər, iti zəhərləyib evi taladılar - - VİDEO
Yevlaxdan Şəkiyə gələn iki qadın evdən oğurluq edib.
Publika.az xəbər verir ki, hadisə Şəkinin Zunud kəndində olub.
Kənd sakini Arif İdrisov bildirir ki, həmin gün səhər həyət qapısını iplə bağlayaraq anası ilə bazarlığa gediblər. Geri qayıdanda tanımadıqları iki qadını həyətlərində görüblər.
Əvvəlcə onlar özlərini dilənçi kimi göstərsələr də, sonradan ogurluq məqsədi ilə evə girdikləri məlum olub.
Qadınlar evdə heç kimin olmadığını biləndən sonra itə dərman verərək zərərsizləşdiriblər. Ondan sonra işlərini görüblər.
Qadınlar həm ev sakinlərinin, həm də qonşuların köməyi ilə tutularaq polisə təhvil verilib.
Şəki rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazlı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evdən 1166 manat pul və qızıl-zinət əşyalarını götürüblər.
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Magazin116:40
Ayandan yeni FOTOLAR
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək