SON DƏQİQƏ - İçərisində azərbaycanlıların da olduğu gəmi batdı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ - İçərisində azərbaycanlıların da olduğu gəmi batdı - FOTO/VİDEO - (YENİLƏNDİ)

Gəmi heyətində yer alan Azərbaycan vətəndaşlarının kimlikləri məlum olub. Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.

Kapitan köməkçisinin xəstəxanaya çatdırıldığı bildirilir. İsmayılov Turbat haqqında isə məlumat yoxdur.

Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatının gedişatında 7 nəfər xilas edilib, 6 nəfərin cəsədi sudan çıxarılıb.

***

Türkiyənin Samsun vilayətinin sahillərində yük gəmisi batıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, gəmidə 9-u Ukrayna, 2 si Azərbaycan və 2-si Rusiya vətəndaşı olmaqla 13 nəfər ekipaj üzvü olub.

Altı nəfər əməliyyatla xilas edilib. İki nəfərin isə sudan cəsədi çıxarılıb. Hazırda 1 təyyarə, 4 helikopter, 1 axtarış-xilasetmə gəmisi və 2 sahil təhlükəsizlik kateri axtarış və xilasetmə əməliyyatına davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm