Ermənilərin NÖVBƏTİ TƏXRİBATI: qoşunlarımızın texnikası ATƏŞƏ TUTULDU - FOTO
Bizi izləyin

Hadisə

Ermənilərin NÖVBƏTİ TƏXRİBATI: qoşunlarımızın texnikası ATƏŞƏ TUTULDU - FOTO

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub: “06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskova­torun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm