DİN 3 nəfərin öldüyü hadisə barəsində MƏLUMAT YAYDI
Bizi izləyin

Hadisə

DİN 3 nəfərin öldüyü hadisə barəsində MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli partlayışla bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm