Azərbaycanda ticarət mərkəzində GÜCLÜ YANĞIN - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda ticarət mərkəzində GÜCLÜ YANĞIN - VİDEO - (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.

Rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb. (trend)

***

Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.

Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm