Nazirlik 4 nəfərin öldüyü hadisə barəsində məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik 4 nəfərin öldüyü hadisə barəsində məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Qubada baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb. Xəstəxanaya yerləşdirilmiş R.Seyidəhmədov da bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm