Bakıda dəhşətli hadisədə ölənlərin şəxsiyyəti məlum oldu - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisədə ölənlərin şəxsiyyəti məlum oldu - FOTO - (YENİLƏNDİ)

Dünən axşam saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsində ölən şəxslərin kimliyi dəqiqləşib.

Publika.az xəbər verir ki, Bakı-Ələt yolunun 32-ci kilometrliyində Qaradağ postu yaxınlığında “Daewoo Gentra” markalı minik avtomobilinin xüsusi təyinatlı texnikaya çırpılmasından sonra istiqamətini dəyişərək paralel hərəkət edən “KamAZ”ın altında qalması nəticəsində sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlu və sərnişini, 1967-ci ildə anadan olmuş Çimnaz Gülmalıyeva həlak olub.

Ölən şəxslərin meyitlərini FHN-in əməkdaşları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza

*****

13 yanvar

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 36,5 km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Salyan rayonunun “Qalalı” massivində yaşayan İsmayıl adlı şəxsin idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaşının sürücüsü və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Daewoo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm